AZ

Ərəblər Fələstinə sülhməramlılar göndərilməsini tələb edir

Ərəb Dövlətləri Liqasına (ƏDL) daxil olan ölkələrin liderləri təşkilatın Manama sammitinin yekun bəyannaməsində BMT-dən Fələstin ərazilərinə sülhməramlıların göndərilməsini tələb edəcəklər.

Bakupost.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.


Telekanalın məlumatına görə, Ərəb Liqasının 33-cü sammitinin yekunları üzrə qəbul olunacaq sənəd layihəsində Fələstin probleminin həllində iki dövlət prinsipinin həyata keçirilməsinə birbaşa cavabdehliyin BMT Təhlükəsizlik Şurasının üzərinə düşdüyü qeyd olunub. Bundan əlavə, qurum bəyannaməyə uyğun olaraq Qəzza zolağında daimi atəşkəsin yaradılması üçün qəbul etdiyi qətnamələrin icrasına nail olmalı olacaq.

Bəyannamə layihəsində həmçinin Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məsələləri, eləcə də Yəmən, Suriya və Sudandakı böhranların həlli yolları öz əksini tapıb.

Ərəb Liqasının sammiti bu gün Manamada keçirilir. Əsas müzakirə mövzusu Qəzza zolağındakı vəziyyətdir.

Zaur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
1
bakupost.az

2Mənbələr