AZ

Çin Ukraynanın əsas ticarət tərəfdaşı olub

2024-cü ilin ilk dörd ayında Çin 4,2 milyard dollar dəyərində mal tədarük edərək Ukraynaya ən böyük ixracatçı olub.

"Operativ Media" ölkənin Dövlət Gömrük Xidmətinin məlumatına istinadən xəbər verir ki, Çin ümumilikdə 1,2 milyard dollarla Ukraynadan idxalçılar siyahısında ikinci yeri tutur ki, bu da onu Kiyevin əsas ticarət tərəfdaşı hesab etməyə imkan verir.

Ukraynaya ixracda ikinci yeri 2,3 milyard dollar ilə Polşa tutur, o, idxalda 1,3 milyard dollarla lider olub. Almaniya ixracda (1,8 milyard) üçüncü, İspaniya isə idxalda (1,1 milyard) üçüncü yerdədir.

Bu dövrdə Ukraynanın ümumi ticarət dövriyyəsi 35,3 milyard dollara çatıb ki, bunun da 21,9 milyardı idxal, 13,4 milyardı isə ixrac olub.

Ölkəyə idxalın 7,4 milyard dollarını maşın, avadanlıq və nəqliyyat, 4,2 milyard dollarını kimya sənayesi məhsulları, 2,7 milyard dollarını isə yanacaq-energetika sektoru təşkil edir. İxracda ərzaq məhsulları 8,6 milyard dollar, metal və metal məmulatları 1,4 milyard dollar, mineral məhsullar isə 1,2 milyard dollar dəyərindədir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
operativmedia.az

1Mənbələr