AZ

Balasanyandan Qalstanyana DƏSTƏK

Qarabağ cəlladı, qondarma qurumda bir zamanlar “lider”lərdən sayılan Vitali Balasanyan keşiş Qalstanyanın yanında olduğunu bəyan edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu adamı İrəvanda hökumət binası yanında görüblər.

Bu cür etirazlarla Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmağın mümkün olub-olmaması ilə bağlı suala o, “Liderlərdən soruşun” deyə cavab verib. Balasanyan müsahibə vermək istəmədiyini, lakin artıq Baqrat Srbazanın rəhbərlik etdiyi hərəkatda iştirak etdiyini bəyan edib.

“Mən həmişə, bütün həyatım boyu Müqəddəs Erməni Apostol Kilsəsinin yanında durmağa hazıram”, - deyə o əlavə edib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
musavat.com

2Mənbələr