AZ

Ancelina Colinin 18 yaşlı qızı rəqs videosu ilə gündəm oldu - VİDEO

Hollivudun keçmiş cütlüyü Ancelina Coli ilə Bred Pittin qızı Şilo yeni rəqs videosu ilə bütün diqqətləri üzərinə çəkib. 

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Şilonun rəqs görüntülərini xoreoqraf Lil Kelan Karter paylaşıb.

Xoreoqraf Şilonun "Tanzania" adlı mahnıya oynadığı rəqsi çox bəyəndiyini bildirib.

"Çox çılğın hərəkətləri var. Verdiyin enerji üçün təşəkkürlər" - deyə Lil bildirib.

Xatırladaq ki, bu ayın 27-də Şilonun 18 yaşı tamam olacaq. Onun 2022-ci ildə də rəqs videosu yayılmışdı. Şilonun bu görüntləri atası Bred Pitti kövrəltmişdi. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
baku.ws

1Mənbələr