AZ

İran Rusiya ilə birbaşa uçuşların sayının artırılmasını istəyir

İran Rusiya ilə birbaşa uçuşların sayının artırılmasını zəruri hesab edir.

Azpost.info xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.

Cəlali Rusiya və İranın turist qrupları üçün vizaları ləğv etməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, İran vətəndaşları son iki ildə Rusiyaya səfərlərin sayına görə çinlilərdən sonra ikinci yerdədir. Bununla belə, birbaşa uçuşlar çox məhduddur.

“Tehranla Moskva arasında, həmçinin çox nadir hallarda Tehranla Sankt-Peterburq arasında uçuşlar var”, – Cəlali qeyd edib.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
azpost.info

1Mənbələr