AZ

 "Kirants kəndinin 25 ha torpaq ərazisi  qaytarılırsa, keşiş Baqrat nə istəyir?"

Yazını böyüt
Yazını kiçilt

“33 il ərzində Azərbaycanla həmsərhəd Kirants kəndənin  əlçatmaz olduğu 25 hektar ərazi sərhədlərin müəyyənləşdirilməsi nəticəsində həmin kənd sakinlərinə qaytarılırsa, Vazgen(Baqrat Qalstanyan nəzərdə tutulur-S.L.) bu sxemlə kimə və ya nəyə qarşı mübarizə aparır?”

Hafta.az xəbər verir ki,  “Armtimes” nəşrinin yaydığı məlumata görə, bunu Ermənistan baş naziri aparat rəhbərinin müavini Taron Çaxoyan öz “Facebook” səhifəsində yazıb.

“Görünür, birtərəfli deyilən güzəştlərə, sərhədlərin delimitasiyası prosesinə qarşı mübarizə başlayıb, amma indi bunu unudublar, heç danışılmır... Maskaları cırmağa 40 gün belə, lazım olmadı” -deyə Ermənistan rəsmisi bildirir.

Xatırladılır ki , bu məsələ ilə bağlı Ermənistan Baş nazirinin dəftərxanası məlumat vermişdi ki, Kirants(Qazaxın qaytarılan Xeyrimli kəndi ilə qonşu tarixi Güney kəndi-S.L.) hissəsində son 33 il ərzində istifadə olunmayan 25 hektara yaxın kənd təsərrüfatı torpaqları kəndə qaytarılacaq.

“Sərhədin təsviri 1976-cı ilin xəritəsində olduğu kimidir. Dediyimiz kimi, yol problemi, bəli, yaranacaq, bunu 2-3 aya etmək olar. H-26 avtomobil yolundan Açarkut, oradan isə Kirantsa alternativ olan Kirantsa gedən yol əsaslı şəkildə təmir olunacaq”, - deyə məlumatda bildirilir.

Zəruri xatırlatma:

Dünən, yəni  2024-cü il mayın 15-də Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib. Görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.

Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb. Növbəti görüşün keçirilməsi tarixi və yeri işçi qaydada razılaşdırılacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
20
hafta.az

10Mənbələr