AZ

Qazax-Tavuş sərhədində ermənilərə “verilən” 25 hektar hansı ərazilərdir?

Rəsmi İrəvan Azərbaycan və Ermənistan arasında sərhədin Qazax-Tavuş istiqamətinin demarkasiyası ilə bağlı imzalanan protokolla bağlı şərhində 25 hektar torpağın ermənilərə qaytarıldığını və Kirants kəndinə birləşdirildiyini açıqlayıb.

Publika.az
xəbər verir ki, Ermənistanın açıqladığı “25 hektar torpaq” məsələsi ermənilər arasında mübahisələrə səbəb olub.

Ermənistan hakimiyyəti bunu “uğur” adlandırır, ermənilər isə bu ərazilərin onsuz da əvvəldən onlara məxsus olduğunu deyirlər. Kirants kəndində yaşayan ermənilərin dediklərindən məlum olur ki, 25 hektar torpaq əvvəldən minalanmış ərazilərdir. Demarkasiyadan sonra bu ərazilər minalardan təmizlənərək, “əkin sahəsi” adı ilə ermənilərə veriləcək.

Asif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
5
publika.az

2Mənbələr