AZ

Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyətini dayandırıb.

Bu barədə “İki sahil"ə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən nəzarət tədbirləri çərçivəsində “Şans Tibb Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəmkir şəhərində yerləşən filialında ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına verilmiş “xüsusi icazə”nin qüvvədə olma müddətinin bitdiyi və klinikada 2023-cü ildə aparılmış yoxlama zamanı radiasiya təhlükəsizliyi üzrə aşkar olunmuş nöqsanların aradan qaldırılmadığı müəyyən edilib.

Qeyd olunanlarla əlaqədar Agentlik “Şans Tibb Mərkəzi” MMC-nin Şəmkir şəhərində yerləşən filialında rentgen aparatlarının fəaliyyəti məhdudlaşdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
33
ikisahil.az

10Mənbələr