AZ

Fransanın davranışı onun işğalçı olduğunun ən bariz nümunəsidir-Əziz Əlibəyli- ÖZƏL

"Fransanın Yeni Kaledoniya üzərindən son günlər baş verən proseslərdəki davranışı onun işğalçı olduğunun ən bariz nümunəsini ortaya qoyur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli qeyd edib:

"Fransanın 2-ci xüsusi etiraz etdiyi nöqtə odur ki, Azərbaycan bəlkə dünyada yeganə ölkədir ki, Fransaya işğalçı olduğunu açıq səslə bəyan edir. Fransanın da məhz xətrinə dəyən, incidən odur ki, onun dövlət maraqları ki işğalçılıq üzərində qurulub, bu, onu təhdid edən əsas məsələyə çevirilir. Dünən baş verən proseslər, o cümlədən onun tərkib hissəsi kimi Avropa İttifaqı daxilində Slovakiyanın Baş nazirinin güllələnməsi məsələləri də gündəmdədir. Yaxında Ermənistanda da kilsənin mitinqləri fonunda Qərb agenturasının, Fransanın bir gedişatı ola bilər. Bütün bunlar hamısı bərabər şəkildə götürüldükdə, Fransanın mövqeyini, kimliyini, siyasi mahiyyətini ortaya qoyur. 
Qaldı ki, Olimpiya oyunlarına, bunu demək çətindir. Dünyada ədalət prinsipləri o qədər pozulub ki, bu gün biz, bunun nə üçün Fransada keçirildiyinə diqqət çəkməyə çalışırıq, amma xatırladım ki, zamanında Qərbin SSRİ ilə olimpiyadların keçirilməsinə olan münasibətləri baykod münasibətinə əsaslanırdı. Onlar 80-ci il Moskva olimpiyadasına gəlmirdi, ya başqa formada Hitler Berlində beynəlxalq olimpiada keçirirdi. İndi eyni mahiyyətdə Fransada, Parisdə Olimpiya Oyunlarının keçirilməsi güclü fransız lobbisinin beynəlxalq idman komitələrində, assosiasiyalarında varlığının nəticəsidir. Təəssüf ki, dünyanın reallıqları ədalət hissi ilə ölçülmür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
olaylar.az

1Mənbələr