AZ

Bakıda obyektdən oğurluq etməkdə təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb

Bakıda obyektlərdən birindən oğurluq etməkdə təqsirləndirilən Əhməd Cəfərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.

Hakim Namiq Kərimovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş Əhməd Cəfərov Zığ qəsəbəsində yerləşən obyektlərdən birindən 2500 manat dəyərində qapı, pəncərə və dəmir avadanlıqlar oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi il ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
e-huquq.az

1Mənbələr