AZ

Dövlət büdcəsində 3 milyard manata yaxın profisit yaranıb

2024-cü ilin yanvar-aprelində dövlət büdcəsinə 13 milyard 259 milyon 4 min manat vəsait daxil olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur. Bu baradə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
 
Bildirilib ki, hesabat dövründə büdcədən 10 milyard 749 milyon 500 min manat xərclənib.
 
Bununla da büdcənin icrasında 2 milyard 509 milyon 900 min profisit yaranıb.
 
4 ayda əhalinin nominal gəlirləri 24 milyard 579 milyon 900 min manat olub, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,3% çoxdur. 
 
Hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal gəlirlər 3,8% artaraq 2 milyard 412 milyon 900 min manat olub.
 
Aygün

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
anews.az

1Mənbələr