AZ

AvtoVAZ-ın rəhbəri dövlətdən dəstək istədi

Rusiyada rəsmi olaraq bir il əvvəl satılmağa başlayan “Chery Arrizo 8” sedanı yarım milyon rubl ucuzlaşıb.

KONKRET.az xəbər verir ki, bu barədə Autonews portalı məlumat yayıb.

Qeyd edək ki, “Chery Arrizo 8” Rusiyada rəsmi olaraq satılmayan Toyota Camry və ya Kia K5-in əvəzedicisi hesab olunur. Rus spesifikasiyasında Çin modeli 186 at gücünə malik 1,6 litrlik benzin turbo mühərrik və iki muftalı yeddi pilləli robot transmissiya ilə təchiz edilib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ölkəsinin Çin avtomobil istehsalçılarının Rusiya bazarında mövcudluğunda maraqlı olduğunu və əməkdaşlığı genişləndirmək istədiyini bildirmişdi.

Öz növbəsində, bir müddət əvvəl ən böyük yerli avtomobil istehsalçısı olan AvtoVAZ-ın rəhbəri Maksim Sokolov Çin avtomobil sənayesinin artan genişlənməsi barədə xəbərdarlıq edib və Rusiya müəssisələrinə dövlət dəstəyinin artırılmasına çağırıb. Onun sözlərinə görə, dövlətin köməyi olmadan Çindən gələn avtomobillərlə rəqabət aparmaq mümkün olmayacaq.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
konkret.az

1Mənbələr