AZ

Yeni Kaledoniya Bakı Təəşəbbüs Qrupuna güvənir - Elşad Mirbəşir

Yazını böyüt
Yazını kiçilt

“Yeni Kaledoniyada Fransa imperializminə qaşı mübarizədə Bakı Təşəbbüs Qrupuna güvənir və bunu təsirli platforma hesab edirlər. Yeni Kaledoniya xalqının Bakı Təşəbbüs Platformasına güvənməsi bəzən etiraz aksiyalarında Azərbaycan bayrağının dalğalanması ilə göstərilir”.

Bunu hafta.az-a deputat Elşad Mirbəşir Bakı Təşəbbüs Qrupunun Fransa hakimiyyəıti tərəfindən Yeni Kaledoniyada kanakların həbs olunması və mülki şəxslərə qarşı zorakılığına dair bəyanatını və bununla da dünyanın Fransaya qarşı ola biləcək təsirləri istiqamətində bağlı açıqlamasında bildirib.

E.Mirbəşir Yeni Kaledoniyada Fransa istibdadının davam etdiyini deyib. Bildirib ki, artıq müasir dövrdə kolonializm siyasətinə qarşı açıq geniş miqyaslı cəsarətli çıxışlar müşahidə olunmaqdadır.

“Fransanın imperializm siyasəti təkcə onun təsiri altında olan coğrafiyalarda deyil, bütövlükdə dünya səviyyəsində ciddi narahatlıq doğurur və etiraza səbəb olmaqdadır. Son dövrlərdə Yeni Kaledoniyada Fransanın imperializm siyasətinə qarşı mütamadi çıxışlar artmaqdadır və mübarizə getdikcə təşkilatlanmış, mütəşəkkil xarakter alır. Bu da onu göstərir ki, Yeni Kaledoniyada yeni vəziyyət yaranacaq. Fransa əsarətinin aradan qaldırılma ehtimalı çoxdur. Ona görə də Fransa ciddi narahatlıq keçirir. Hətta Fransa prezidenti Makron Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasını keçirərək Yeni Kaledoniyada fövqaladə vəziyyət elan olunmasını istəyib”.

Deputat bu qərarın Yeni Kaledoniya əhalisinə qarşı növbəti repressiya addımı olacağını qeyd edib. Eyni zamanda hazırda iğtişaşların yatırılması istiqamətində Fransa polisinin güc tətbiq etməkdə davam etdiyini bildirməklə, Fransanın bu prosesdə əlini qana batırdığını vurğulayıb.
“Bu toqquşmalarda həyatını itirənlər, xəsarət alanlar var. Bu, Yeni Kaledoniya xalqının Fransa imperializminə qarşı qətiyyətli çıxışlarıdır və mütləq nəticəsi olacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
hafta.az

1Mənbələr