AZ

Almaniya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb - FOTO

Almaniya millisi 2024-cü il Avropa çempionatı üçün heyəti açıqlayıb.

BAKU.WS xəbər verir ki, siyahıda 27 futbolçunun adı var.

Almaniya yığmasının heyətinə Mats Hummels, Leon Qoretska, Niklas Süle və Julian Brandtın adı salınmayıb. 

Qapıçılar: Oliver Baumann, Manuel Noyer, Alexander Nübel, Mark-Andre ter Stegen.

Müdafiəçilər: Valdemar Anton, Benjamin Henrixs, Coşua Kimmiks, Robin Koks, Maksimilian Mittelştedt, David Raum, Antonio Rüdiger, Niko Şlotterbek, Conatan Ta.

Yarımmüdafiəçilər: Robert Andriç, Kris Furiç, Paskal Qros, İlkay Gündoğan, Toni Kroos, Camal Musiala, Aleksandar Pavloviç, Leroy Sane, Florian Virts.

Hücumçular: Maksimilian Bayer, Niklas Füllkruq, Kay Havertz, Tomas Müller, Denis Undav.

Xatırladaq ki, 2024-cü ildə Avropa çempionatı Almaniyada baş tutacaq. Turnir iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
2
baku.ws

3Mənbələr