AZ

"Fransa Yeni Kaledoniyada zorla etnik tərkibi dəyişmək istəyir"

Yazını böyüt
Yazını kiçilt

“Fransanın Yeni Kaledoniyada yaşatdıqları, onun xarici və daxili siyasətində buraxdığı kobud səhvlərinin məntiqi nəticəsidir. Kaledoniyadakı yerli əhalinin müstəqillik istəklərini boğmaq üçün Fransa bütün mümkün vasitə və zorakılıqdan istifadə edir”.

Bunu hafta.az-a siyasi şərhçi Vüqar Dadaşov Fransanın Yeni Kaledoniyada apardığı imperialist siyasət və bunun fəsadları ilə bağlı açıqlamasında bildirib.

V.Dadaşov qeyd edib ki, Fransa Yeni Kaledoniyada konstitusiya dəyişiliyi etməklə yerli əhalinin etnik tərkibini dəyişmək niyyətini güdür. Onun fikrincə, bu əməl əslində də, beynəlxalq hüquqa görə soyqırım cinayətinin tərkib elementlərindəndir.
“Dəyişiliklərə qarşı çıxan yeri xalqa qarşı məhdudiyyətlər, zorakılığın tətbiqi, həbslərin həyata keçirilməsi ilə Fransa öz kolonial, imperiya mahiyyətini növbəti dəfə də təsdiqləyir”.

Ekspert hesab edir ki, Bakı Təşəbbüs Qrupunun Fransanın YeniKaledoniyadakı antiinsanı davranış və zorakılığına qarşı bəyanatı, Fransanın Avropa dəyərləri ilə manipulyasiya və riyakarlığının sübutu kimi, həm də Fransanın Kaledoniyadakı cinayətlərin qarşısını almaq üçün əhəmiyyətlidir.

“Kaledoniyada baş verən proseslərin Azərbaycanla əlaqəsi danılmazdı. Fransanın Azərbaycana qarşı istifadə etdiyi separatçılıq silahının Fransanın elə özünə qarşı yönləndirilməsi, çevrilməsi, Azərbaycan dövlətinin əsl gücünün, qüdrətinin, siyasi bacarığının göstəricidir. Fransa növbəti dəfə Azərbaycan qarşıdurmasında siyasi nokauta düşür.

2024 cü il Olimpiya oyunlarının Fransada keçirilməsi, Fransanın özünə qarşı bir təzyiq vasitəsi kimi istifadə oluna bilər”.
Tahirə Qafarlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
hafta.az

1Mənbələr