FED-in Nyu-York üzrə sədri Con Uilyams bir sıra açıqlamalarla gündəmə gəlib.

İndex.az xəbər verir ki, Uilyams ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul siyasəti ilə bağlı mövqeyini dəyişməsi üçün cari səbəb görmədiyini və daha çox sübuta ehtiyac olduğunu bildirib.

Uilyams ABŞ-ın son inflyasiya məlumatlarının qiymət təzyiqlərinin tədricən azaldığını təsdiqlədiyini, lakin bunun yetərsiz olduğunu qeyd edib:

“Hazırda pul siyasətinin öz mövqeyini dəyişməsi üçün hər hansı bir səbəb olduğunu göstərən heç bir əlamət görmürəm. Yaxın müddətdə inflyasiyanın 2%-lik hədəfə doğru hərəkət edəcəyinə dair hər hansı təminat alacağımı gözləmirəm”.