AZ

Delimitasiya, demarkasiya prosesi Azərbaycanın şərtləri əsasında həyata keçirilir- ÖZƏL

"Qarabağ və Şərqi Zəngəzur yenidən dünyanın ən gözəl güşələrindən birinə çevriləcək". "Olaylar" xəbər verir ki, bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib: "Bütün bunlara əsası ümummilli lider  Heydər Əliyev tərəfindən qoyulan strategiya nəticəsində nail olunub. Müstəqilliyini bərpa etmiş Azərbaycanda 90-cı illərin əvvəllərində hakimiyyətsizlik, özbaşınalıq, xaos hökm sürürdü. Şuşanı müdafiə etməyə o vaxtki yarıtmaz AXC-Müsavat cütlüyünün cəsarəti çatmırdı. Təəsüf ki, həmin tör-töküntülər Azərbaycan xalqının tarixi Zəfərinə sevinə bilmir və əksinə ermənilərlə əlbir olub tarixi qələbəmizə kölgə salmağa çalışır. Təbii ki, müdrik Azərbaycan xalqı məhz 1993-cü ildə də Ulu Öndər Heydər Əliyevin ətrafında bir yumruq kimi birləşərək Azərbaycanın bu günü və gələcəyi üçün sarsılmaz güc formalaşdırdı. Vətən müharibəsindəki tarixi qələbə, 2023-cü ildə bir günlük antiterror tədbirlərinin davamı olaraq Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş kəndləri bir güllə atılmadan geri qaytarılır. Həyata keçirilən delimitasiya, demarkasiya Azərbaycanın şərtləri əsasında həyata keçirilir ki, bu da növbəti zəfər hesab olunur. Sözsüz ki, Prezident İlham Əliyev tarixi Şuşa şəhərində bir daha o dövrün reallıqlarına nəzər salmaqla Azərbaycana qarşı olan haqsızlıqlara diqqəti çəkdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
olaylar.az

1Mənbələr