AZ

Ötən il Türkiyədə 1 milyondan çox yol qəzası baş verib 

Türkiyədə 2023-cü ildə yol qəzalarının sayı əvvəlki illə müqayisədə 6,6 faiz artaraq 1 milyon 314 min 136-ya çatıb.

Bakıvaxtı.az "İstanbul Ticaret Gazetesi"nə istinadən bildirir ki, bununla bağlı Türkiyə Statistika Təşkilatı (TÜİK) 2023-cü il üçün yol qəzalarının statistikasını açıqlayıb.

 Statistikaya görə, bu qəzalardan 1 milyon 79 min 62-si zərərçəkmə, 235 min 71-i isə ölüm və ya yaralanma ilə nəticələnib. Ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin 83,1 faizi yaşayış məntəqələrində, 16,9 faizi isə yaşayış məntəqələrindən kənarda baş verib.

 Yol qəzalarında 6 min 548 nəfər həyatını itirib, 350 min 855 nəfər isə yaralanıb. Ölənlərin 45,5 faizini sürücü, 32,3 faizini sərnişin, 22,2 faizini piyadalar təşkil edib. Bundan başqa, ölənlərin 75,1 faizini kişi, 24,9 faizini qadınlar təşkil edib. Xəsarət alanların isə 68,7 faizi kişi, 31,3 faizi isə qadınlardan ibarət olub.

 Gülşən Şərif

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
5
bakivaxti.az

10Mənbələr