AZ

Çin dünyada ilk dəfə dronları daşıyacaq gəmi inşa edib

Çin dronların daşınması üçün dünyanın ilk ixtisaslaşmış gəmisini inşa edib.

Qaziler.az  xəbər veri ki, bu barədə “Naval News” məlumat yazıb.

Portalın məlumatına görə, yeni təyyarədaşıyan gəmi Yantszıdakı gəmiqayırma zavodunda yerləşir.

"Bu, mövcudluğu barədə əvvəllər məlumat verilməyən dördüncü Çin gəmisidir", - nəşr bildirib.

Nəşrin müəllifləri gəminin 2022-ci ilin dekabrında suya buraxıldığını yazır. Gəmi ölçüsünə görə əvvəlki üç təyyarədaşıyıcıdan əhəmiyyətli dərəcədə fərqlənir. Uçuş göyərtəsi Amerika təyyarə gəmisinin uzunluğunun təxminən üçdə birini tutur.

Qeyd edilir ki, gəmi pilotsuz təyyarələrin dənizdə işini sınaqdan keçirmək və təkmilləşdirmək üçün eksperimental platforma ola bilər.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
qaziler.az

1Mənbələr