AZ

Mbappe ilə Qrizmann mövsümün ən yaxşılarıdı

Fransa Futbolçular və Məşqçilərin Həmkarlar İttifaqı (UNFP) sona çatmaqda olan mövsümün laureatlarını müəyyən edib. İki nominasiya üzrə qaliblərin adı açıqlanıb.

Bir neçə gün əvvəl yayda PSJ-dən ayrılacağını açıqlayan Kilian Mbappe mövsümün ən yaxşı futbolçusu seçilib. O, bu mövsüm Liqa 1-in qalibi olub. Klubu ilə müddəti iyunun sonunda başa çatacaq müqaviləsini yeniləməyəcəyini bildirən 25 yaşlı dünya çempionu bu mövsüm çempionatda 29 oyuna 27 qolun və 7 məhsuldar ötürmənin müəllifi olub.

UNFP mövsümün Fransadan kənarda çıxış edən ən yaxşı oyunçusunu da seçib. Bu nominasiyada Antuan Qrizmann qalib gəlib. “Atletiko”nun hücumçusu digər namizədləri – Eduardo Kamavinqa, Orelyen Çuameni (hər ikisi “Real”), Mayk Menyan (Milan) və Vilyam Salibanı (Arsenal) arxada qoyub. Qeyd edək ki, Qrizmann 2016-cı ildə də ən yaxşı fransalı legioner üçün ayrılan mükafata layiq bilinmişdi. O, bu mövsüm bütün turnirlərdə iştirak etdiyi 45 oyunda 21 qolun və 8 məhsuldar ötürmənin müəllifi olub.

Yeri gəlmişkən, Xavyer Tebas Mbappenin yeni mövsümdən “Real”da oynayacağını bəyan edib. İspaniya La Liqasının prezidenti belə açıqlama verib:
“Bəli, Mbappe növbəti mövsümdən “Real”da çıxış edəcək. O, dünyanı ən yaxşı futbolçularından biridi. Amma “Real”da Vinisius Junior və Cud Bellingem də var. Deməli Madriddə əla komanda olacaq. Amma bu, əlbəttə ki, çempionluğa tam təminat verə bilməz”.


Əlavə edək ki, PSJ-ni yayda daha bir futbolçu tərk edəcək. Leven Kurzava mövsümün sonunda Paris klubundan ayrılacaq. Bu barədə 32 yaşlı oyunçu özünün sosial şəbəkə hesablarında yazıb. O, PSJ-ni azad agent kimi tərk edəcək. Leven bu mövsüm PSJ-nin heyətində yalnız bir oyun keçirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
football-plus.az

1Mənbələr