AZ

Slovakiyanın baş naziri növbəti dəfə əməliyyat olunacaq

Slovakiyanın baş naziri Robert Fiko növbəti dəfə əməliyyat olunacaq.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, sui-qəsddən sonra təxminən beş saat davam edən ilk əməliyyat zamanı baş nazirin qarın boşluğundakı qanaxmanı dayandırmaq mümkün olub.

İndi isə baş naziri çanaq-bud oynağında əməliyyat gözləyir.

Qeyd edək ki, bu siu-qəsdə görə yazıçı Yuray Sintule saxlanılıb. İstintaq onu qisas məqsədilə qəsdən adam öldürməyə cəhddə ittiham edib. Şübhəli şəxsi 25 ildən ömürlük həbsə qədər həbs gözləyir.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
konkret.az

1Mənbələr