AZ

Rəssamın əsəri 27 milyon dollardan baha satılıb - Foto

Rəssamın

Məhşur ingilis rəssamı Frensis Bekonun rəsm əsəri hərracda satılıb. 50 ildən çoxdur ki, hərraca çıxarılmayan, tarixi XX əsrin 1966-cı ilinə təsadüf edilən və müəllifin Frensis Bekon olması təsdiqlənən bu əsər "Corc Dayerin çömbəlmiş halda portreti" adlanır.

Reyting.az
TASS agentliyinə istinadla bildirir ki, Nyu-Yorkun "Sothebys" auksionunda baş tutan hərrac zamanı britaniyalı rəssamın əsəri 27,7 milyon dollara satılıb.

Bu rəsm Corc Dayerin 1966-1968-ci illər arasında yaradılan 10 portret silsiləsinə aid seriyadan birincisidir. Daha sonra sənət əsəri bir varlı şəxs tərəfindən satın alınıb və əlli ildən çox həmin şəxsin kolleksiyasında saxlanılıb.



Frensis Bekonun bu portreti "Sothebys" hərrac evində ümumi satış məbləği 267,3 milyon dollar təşkil edib. Keçirilən hərrac zamanı məlum olub ki, bu hərracda öndə olan ən bahalı rəsm əsəri “Corc Dayerin çömbəlmiş portreti”-dir.

Bildirilir ki, Bekonun bu məhşur əsərinin ilkin qiyməti başlanğıc üçün əlli milyon dollar həcmində qiymətləndirilsə də, hərracın gedişində yekun məbləğ bu rəqəmin təxminən yarısına bərabər olub.

İndiki dövrdə dünyadakı ən böyük hərrac evləri incəsənət bazarının çox zəiflədiyini qeyd edir. "Sothebys" və "Christies", həm də "Phillips" kimi bir çox tanınmış, dünya miqyaslı hərrac evləri uzun müddətdir ki, gəlirlərin zəifləməsindən şikayətlənirlər.

F. Bekonun bu rəsm əsərinin satışını təşkil edən Amerikanın ən böyük hərrac evlərindən biri sayılan "Sothebys" satışlarının keçən il ilə müqayisədə 18 faiz azaldığını bildirib.

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
reyting.az

1Mənbələr