AZ

O çıxış kimi narahat etdi? - Baş nazirə sui-qəsdin DETALLARI

Mayın 15-də Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı silahlı hücumun bəzi məqamlarına aydınlıq gətirilib.

Ölkə.Az xəbər verir ki, iddialara əsasən, ona qarşı sui-qəsd cəhdinə səbəb Ukrayna ilə bağlı Qərbi narahat edən çıxışı olub.

Baş nazir çıxışlarının birində deyib: "Mən hesab edirəm ki, Avropa İttifaqına (Aİ) üzv ölkələrin əksəriyyəti Ukraynadakı müharibə ilə bağlı bizə şüurlu şəkildə böyük yalanlar danışır. Deyə bilərəm ki, Aİ-yə üzv olan ölkələrin əksəriyyəti Ukrayna və Rusiyaya nifrət edirlər.  Əslində, Ukraynadan yalnız geosiyasi məqsədlər naminə Rusiyanı iqtisadi və beynəlxalq müstəvidə zəiflətmək üçün istifadə olunur. Eyni zamanda ölüm (silah) alverçilərinin silah şirkətləri üçün qızıl dana rolunu oynayır. Bu geosiyasi məqsədlər naminə mən Qərbin son Ukrayna əsgərinə qədər Rusiya ilə savaşacağından qorxuram. Heç kim bu əxlaqsız məqsədləri açıq şəkildə qəbul etmir, amma reallıq budur".

Slovakiyanın Baş naziri Robert Fitsoya silahlı hücum edən 71 yaşlı slovak şairi və fəalı Juraj Cintula olduğu bildirilib. 

Kadrlarda təhlükəsizlik baryerinin arxasından vətəndaşlara yaxınlaşan Fitsoya dəfələrlə atəş açıb.

Cintula dindirilmə zamanı Baş nazirə hücumunun səbəbini hakimiyyətin yürütdüyü siyasətlə izah edib. O, hökumətin siyasətini bəyənmədiyinə və medianı məhv etdiyinə görə sui-qsəd etdiyini bildirib.

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
olke.az

1Mənbələr