AZ

Pakistanın borcu rekord səviyyəyə çatır

Pakistanın ümumi borcu və öhdəlikləri mart ayında illik müqayisədə 12% artaraq 81 trilyon rupiyə (291,6 milyard dollar) çatıb. Bununla da ölkənin borcu rekord səviyyəyə yaxınlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pakistan Dövlət Bankı (DBP) məlumat yayıb.

Tənzimləyici qeyd edib ki, borc və onun üzrə öhdəliklərin məbləği Pakistan iqtisadiyyatının həcminin dörddə üçünü təşkil edir.

Məlumata görə, Pakistan hökuməti tərəfindən tətbiq edilən qənaət tədbirləri əhəmiyyətli nəticələr verməyib. Belə ki, ölkə borcun artım tempini cilovlamağa və onun restrukturizasiyasını həyata keçirməyə imkan verən səmərəli iqtisadi islahatlar apara bilməyib.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
iqtisadiyyat.az

1Mənbələr