Fransa, onun xaricdəki Yeni Kaledoniya ərazisində 4 nəfərin öldüyü və yüzlərlə insanın yaralandığı zorakılıqlardan sonra fövqəladə vəziyyət elan edib.

İndex.az xəbər verir ki, Paris Yeni Kaledoniyanın limanlarına və beynəlxalq hava limanına qoşun yerləşdirib və “TikTok”u qadağan edib.

Bundan başqa, ictimai asayiş üçün təhlükə törətdiyi güman edilən şəxslər ev dustaqlığına buraxıla, axtarış aparıla, silah-sursat götürülə, qaydaları pozanlara isə həbs cəzası verilə bilər.