AZ

“Bakı ilə imzalanmış protokoldan şikayət veriləcək” - Çalabyan

“Dünən Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri tərəfindən imzalanmış protokolun ləğvi yalnız Ermənistanda hakimiyyət dəyişikliyi ilə əldə edilə bilər”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın revanşist “Ayakve” hərəkatının həmtəsisçisi Avetik Çalabyan bildirib.

Onun sözlərinə görə, protokolun Ermənistan konstitusiyasına zidd olması Konstitusiya Məhkəməsində sübuta yetirilməlidir. Çalabyanın fikrincə, delimitasiya protokollarını imzalayan erməni məmurlar Konstitusiyanı pozublar və gec-tez cəzalarını alacaqlar.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
musavat.com

1Mənbələr