AZ

İlon Mask Putinin Çinə səfərini şərh edib

Amerikalı milyarder, "Tesla" və "Space X" şirkətinin sahibi İlon Mask Rusiya prezidenti Vladimir Putinin Çinə səfərinə toxunub. 

Bakıvaxtı.az xəbər verir ki, o, bununla bağlı "X" sosial şəbəkəsində paylaşım edib.

Mask hesab edir ki, ABŞ Rusiya, Çin, İran və Şimali Koreyanı ittifaq yaratmağa sövq edir:

"Qərb ÇXR-Rusiya-İran-KXDR ittifaqının formalaşması ilə üz-üzədir".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin mayın 16-17-də Çində dövlət səfərindədir. Rusiya prezidenti və Çin Xalq Respublikasının sədri Pekində aparılan danışıqlardan sonra hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə dair birgə bəyanat qəbul ediblər. 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
bakivaxti.az

1Mənbələr