AZ

Əmtəə birjası: Azərbaycan və Belarus arasında birja sektorunda əməkdaşlıq potensialı qismən reallaşdırılır

Bu ilin yanvar-aprel aylarında Belarus Universal Əmtəə Birjasında (BUƏB) Azərbaycan şirkətləri tərəfindən bağlanmış əqdlərin həcmi 38 milyon ABŞ dolları təşkil edib.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə BUƏB məlumat yayıb.

Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə bu sövdələşmələrin məbləği 14,5 dəfə artıb.

“BUƏB ticarət platformasının azərbaycanlı istifadəçilərinin birja ticarət dövriyyəsinin yüksək artım tempi Belarus taxta-şalban məhsullarının Azərbaycana tədarükünün əhəmiyyətli dərəcədə artması ilə bağlıdır”, - birjadan qeyd edilib.

Eyni zamanda, bu ilin ilk dörd ayında BUƏB-də akkreditə olunmuş Belarusun ağac emalı müəssisələri Azərbaycan bazarına 212 min kubmetr taxta-şalban satıb.

“Nəticədə ötən ilin ixrac satış göstəricisindən 11 dəfə artıq olan göstərici alınıb. Azərbaycan isə birja vasitəsilə meşə məhsullarının alışının həcminə görə Çindən sonra ikinci yeri tutub”, - BUƏB-dən bildirilib.

Birjadan qeyd edilib ki, Azərbaycanla birja ticarəti həcmlərinin müsbət dinamikasını təmin edən ən mühüm amil Azərbaycandan olan aktiv ticarət iştirakçılarının artması olub.

“Əgər ötən ilin yanvar-aprel aylarında mütəmadi olaraq cəmi 8-10 Azərbaycan şirkəti tərəfindən sövdələşmələr bağlanırdısa, indi 40-dan çox daimi müştəridən danışmaq olar. Ümumilikdə il ərzində birjada akkreditə olunmuş Azərbaycan rezidentlərinin sayı iki dəfə artıb və hazırda 106 şirkət və fərdi sahibkar təşkil edir”, - BUƏB-dən vurğulanıb.

Eyni zamanda, birja nümayəndələri qeyd edirlər ki, Belarus və Azərbaycan arasında birja sahəsində əməkdaşlıq potensialı qarşılıqlı ticarətə cəlb olunan malların məhdud çeşidi səbəbindən hələlik qismən reallaşdırılıb.

“Bu gün Belarus-Azərbaycan birja ticarətinin əsasını ağac emalı məhsulları təşkil edir. Bu, şübhəsiz ki, ticarət dövriyyəsinin gələcək artım imkanlarını məhdudlaşdırır. Ona görə də bu və sonrakı illər üçün prioritet vəzifə kənd təsərrüfatı məhsulları və sənaye təyinatlı mallar vasitəsilə məhsul çeşidinin şaxələndirilməsidir”, - BUƏB-dən bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
report.az

1Mənbələr