Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 599,5 kq qızıl, 1 125,9 kq gümüş istehsal edilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qızıl istehsalı 2023-cü ilin yanvar-aprel aylarının göstəricisindən 16,2 %, gümüş istehsalı 19,2 % az olub.

Ötən 4 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 72,3 ton olub ki, bu da 2023-cü ilin ilk 4 ayı ilə müqayisədə 93,5 % azdır.

Bu ilin mayın 1-nə ölkədə 192,7 kq qızıl, 493,7 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə bu ilin mayın 1-nə 94,8 ton təşkil edib.