AZ

Minsk qrupunun fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdi- ÖZƏL

"Dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemləri Qarabağ münaqişəsinin həlli prosesinin uzanmasında aydın görmək mümkündür". "Olaylar" xəbər verir ki, bunu YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov deyib: "Dövlət başçısı İlham Əliyev mayın 10-da Şuşa şəhərində çıxışında bu məsələdən də bəhs etdi. Vurğuladı ki, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər,  bu torpaqları ermənilərə vəd vermişdilər: "Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
olaylar.az

1Mənbələr