AZ

Azərbaycan millisinin sabiq futbolçusu: Premyer Liqada 10 komandanın qalmağı yaxşı oldu

Azərbaycan Premyer Liqasında 10 komandanın qalmağı yaxşı oldu.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Mahmud Qurbanov deyib.

Veteran futbolçu çempionatın 2024/2025 mövsümündə eyni qaydada davam etməsinin doğru qərar olduğunu söyləyib: “Klub sayı 12-yə yüksəlsə, reqlament dəyişməlidir. Çempionat ya III dövrəli formatda, ya da əvvəlki illərdək kimi "altılıq" sistemi ilə keçirilməlidir. Mənim futbol oynadığım dövrlərdə də "altılıq" sistemi olub. Fikrimcə, bu format bir o qədər effektli olmayıb. İlk "altılıq"da yer alan komandalar çempionluq uğrunda mübarizə aparır, ikinci "altılıq"da olanların görüşləri isə maraq kəsb etmirdi”.

51 yaşlı mütəxəssis turnir cədvəlində son pillədə qərarlaşan və yeni mövsümdən I Liqada çıxış etməsi dəqiqləşən "Qəbələ"nin durumuna da aydınlıq gətirib: "Qəbələ”nin I Liqaya getməsi üzücüdür. Lakin çempionat start götürəndə qeyd olunur ki, sonuncu pillənin sahibi Premyer Liqanı tərk etməlidir. Son iki ildə idman prisnipləri qorunur. Məncə, belə də olmalıdır. I Liqada layiqli mübarizə aparıb, yenidən Premyer Liqaya qayıtmaq olar. "Qəbələ"nin yaxşı gənc futbolçuları var”.

M.Qurbanov Azərbaycan millisinin boş qalan baş məşqçi postuna yaxın zamanda layiqli namizəd tapılacağına inandığını deyib: “Millinin baş məşqçisi bizim səlahiyətimizdə olan bir məsələ deyil. Buna AFFA rəhbərliyi qərar verəcək. Yəqin ki, yeni baş məşqçi əcnəbi olacaq. İnıram ki, xeyirlisi kimdirsə, onu da təyin edəcəklər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
50
report.az

10Mənbələr