AZ

Elektron qəlyana görə tələbə yoldaşını öldürmək istədi, 7 il 6 ay cəza verildi

Bakıda tələbə yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Mehdi Uğura hökm oxunub.

E-huquq.az-ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Fariz Rzayev də məhkəmədən təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. İstintaqla müəyyən edilib ki, Mehdi Uğur təhsil aldığı "Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi" adlanan peşə liseyində dərslər arası fasilə zamanı tələbə yoldaşı Əhmədov Orucun xahişi əsasında özünə məxsus elektron qəlyanı müvəqqəti çəkmək üçün ona verib. Dərs saatı başa çatanadək həmin qəlyanı ondan istəməsinə baxmayaraq, sonuncun elektron qəlyanı qaytarmadıgını deyib. Bu sözdən əsəbləşən M.Uğur, üzərində gəzdirdiyi cib bıçağını yan cibindən çıxararaq, O.Əhmədova 3 zərbə vurub.

Hadisəni törətməkdə şübhəli bilinən M.Uğur polis əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 29,120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
17
e-huquq.az

10Mənbələr