AZ

Azərbaycanın Çinlə yaxınlaşması həm də uyğurların vəziyyətinin yaxşılaşdırılmasına səbəb ola bilər - ÖZƏL

"Çin faktiki olaraq Rusiyanın çöküşü fonunda dünyanın əsas güclərindən birinə çevrilib".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Bir tərəfdən Amerika Birləşmiş Ştatları başda olmaqla, Avropa Birliyi də daxil Qərb, bir tərəfdə də Çin var. Yəni Rusiya Ukrayna bataqlığına sürüklənib elə bir vəziyyətə salınıb ki, artıq qlobal müstəvidə nəyisə diktə edəcək durumu yoxdur. Amma Çin, özəlliklə də dünya iqtisadiyyatı və ticarətində hökm sahibidir. Hətta Amerika Birləşmiş Ştatlarının özündə belə Çin iqtisadiyyatı və malları faktiki olaraq bir sıra sahələrdə üstünlük əldə etmək üzrədir və təbiidir ki, bu da qlobal üstünlük deməkdir. Ona görə də Azərbaycan Respublikasının Çin Xalq Respublikası ilə münasibətləri bu baxımdan dəyərləndirilməlir. Yəni Azərbaycanın faktiki indiki halda Çinlə hər hansı problem yoxdur. Əksinə, iki ölkə arasında münasibətlər olduqca yüksək səviyyədədir. Ticarət, iqtisadiyyat, siyasi münasibətlər, yəni bizim dövlətlərimizi təhdid edəcək, münasibətlərimizi təhdid edəcək ciddi problemlər yoxdur. Əlbəttə ki, uyğurların, türk-müsəlman uyğurların məsələsi var. Bilirsiniz ki, Azərbaycan da belə məsələlərdə yetərincə təmkinli davranış nümayiş etdirir. Ona görə də Çin Azərbaycandan indiki şəraitdə narazı deyil. Narazı olmaması isə heç də o demək deyil ki, biz uyğurların məsələsini unuduruq, yaxud unudacağıq. Əlbəttə ki, Azərbaycanın Çinlə yaxınlaşması nəticə etibarilə həm də uyğurların vəziyyətinin yaxşılaşdırılmasına səbəb ola bilər. Və mən əminəm ki, çox da üzdə deməsək də, Azərbaycan dövləti həm də qanı bir, canı bir türk soyundan gələn uyğurların problemlərinə biganə deyil. Amma əlbəttə, kiçik bir dövlətik, gücümüz yetməyən məsələlər də var. Ona görə də bu cür məsələlərin üzərinə radikal şəkildə getmirik.
O baxımdan, Azərbaycan-Çin münasibətləri olduqca yüksək səviyyədədir. İstər ikitərəfli münasibətlər, istərsə də qlobal platformalarda bir-birlərinə qarşılıqlı dəstək vermələri baxımından bunu deyirəm. Yəni hazırkı an üçün Çinlə bizim nəinki problemimiz yoxdur. Ümumiyyətlə, münasibətlərimiz çox yüksək səviyyədədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
olaylar.az

1Mənbələr