AZ

Ağcabədidə keçirilən qanvermə aksiyasında 100-dən çox donor könüllü olaraq qan verib

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən qanvermə aksiyası həyata keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a vrerilən məlumata görə, aksiyada Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak edib.
 
“Talessemiyasız həyat naminə” layihəsi əsasında keçirilən qanvermə aksiyasının əsas məqsədi qana ehtiyacı olan talessemiya xəstələrinin, habelə emofiliya xəstələrinin müalicəsində istifadəsi, eyni zamanda qan ehtiyatının artırılmasıdır. Aksiyada donorlar əvvəlcə həkim müayinəsindən keçiblər. Yüz nəfərdən artıq şəxs qan verib.
 
Qeyd edək ki, Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən həyata keçirilən qanvermə aksiyası respublikanın bütün şəhər və rayonlarını əhatə edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
1
aztibb.az

2Mənbələr