AZ

Revanşist deputat revanşist keşişin baş nazir olmasını istəyir

Mənim üçün baş nazirliyə ən məqbul namizəd Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyandır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu mayın 16-da jurnalistlərlə söhbətində “Ermənistan parlamentinin revanşist deputatı Qarnik Danielyan deyib.

“Baqrat Qalstanyana görə, namizəd heç bir partiyanın üzvü və ya keçmiş partiyanın üzvü olmamalıdır. Mən onu belə bir namizəd kimi qəbul edirəm.

Prosesi başa çatdırmaq üçün bütün üsullardan istifadə olunacaq: impiçment, xalq təzyiqi və digər vasitələr.

Demək olar ki, bütün parlament və qeyri-parlament partiyaları mübarizəyə qoşulur. Dünən Suren Surenyants partiyası (Demokratik Alternativ), “Həyat naminə ölkə” və “Parlaq Ermənistan” partiyaları, “Ayakve” təşəbbüsü, eləcə də yezidi təşkilatı ilə görüşümüz oldu”,-deyə Danielyan qeyd edib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
musavat.com

1Mənbələr