AZ

Rusiya və Çin kosmosa silah yerləşdirilməsinin qarşısını alacaq

Rusiya və Çin kosmosda silahların yerləşdirilməməsinə dair müqavilə üzrə danışıqları dəstəkləyiblər.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən bildirir ki, bununla bağlı Rusiya Federasiyası və Çin Xalq Respublikasının iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümü kontekstində birgə bəyanat yayılıb.

Bəyanata görə, Rusiya və Çin kosmosda silahların yerləşdirilməsinin qarşısının alınmasına dair müqavilənin yaradılması üzrə danışıqların tezliklə başlamasının zəruriliyini təsdiqləyir.

""Kosmosda silahların yerləşdirilməsinin qarşısının alınması, kosmik obyektlərə qarşı güc tətbiqi və ya güc tətbiqetmə hədəsi" haqqında Rusiya-Çin layihəsinin həayata keçirilməsi zəruridir. Bu layihənin mahiyyəti əsaslı və etibarlı təminatları təmin edən çoxtərəfli hüquqi qüvvəyə malik sənəddən ibarətdi"”, - bəyanatda deyilir.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
bakivaxti.az

1Mənbələr