AZ

“Müasir dövrdə Fransanın bu cür işğal siyasəti qəbuledilməzdir”

“Müasir

“Yeni Kaledoniyada Fransa əleyhinə başlayan üsyanlar, Paris administrasiyasının neokolonializm siyasəti, həmçinin Fransanın daxili işlər naziri Jerar Darmanenin üsyanlarda Azərbaycanı günahlandırması bu ölkənin gerçək simasını göstərir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. O, bildirib ki, bir ölkənin öz coğrafi sərhədlərinə daxil olmayan Okeaniyada koloniya saxlaması işğalıın bir formasıdır: “Fransa bununla beynəlxalq hüququ pozur. Beynəlxalq hüququn da Yeni Kaledoniyanın azadlıq və istiqlal mübarizəsinə dəstək vermək kimi öhdəliyi var. Çünki çağdaş dövrdə xalqların öz müqəddəratını təyin etmək hüquqlarının ən böyük doğrulmalı olduğu yer Yeni Kaledoniya, Korsika və Fransanın dənizaşırı adalarıdır. Bu gün Emmanuel Makronun öz azadlığını istəyən adalılara qarşı aqressiv siyasəti, habelə Fransanın Yeni Kaledoniyaya ordu göndərməsi, həmçinin adaya helikopter və əsgər heyəti ilə hücum etməyi Fransanın Əlcəzair soyqırımından dərs çıxarmadığını sübut edir. Ümumiyyətlə müasir dövrdə Fransanın bu cür işğal siyasəti qəbuledilməzdir və bütü dünya buna qarşı səsini ucaltmalıdır. Fransanın daxili işləri naziri Jerar Darmanenin Azərbaycanı Yeni Kaledoniyadakı iğtişaşlarda günahlandırması isə məntiqdən uzaq və absurd yanaşmadır. İllərdir erməni işğalına dəstək verən və bölgəmizdə separatizmi alovlandırmağa çalşan bir dövlətin Azərbaycanı ittiham etməsi həyasızlığın əlamətidir. Çünki bu problem uzun illərdir davam edir və Fransanın yürütdüyü istismarçı siyasətin təzahürüdür”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
xalqcebhesi.az

2Mənbələr