AZ

Aleksandr Lukaşenko: Azad edilən ərazilərdə dirçəliş dövrü başlayıb

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın azad edilən ərazilərində dirçəliş dövrünün başladığını deyib.

“İki sahil” xəbər verir ki, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniştərkibli görüş zamanı Belarus lideri müharibədən əvvəlki söhbəti xatırladığını bildirib.

“Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar. Bu vacibdir, Qələbəni qoruyub saxlamaq daha vacibdir. Biz ümumi fikrə gəldik ki, müharibədən sonra ən ağır dövr başlayacaq, azad etdiyiniz torpaqları dirçəltməyə, bərpa etməyə başlamaq lazım gələcək.

Həmin ağır dövr gəlib çatdı, bu torpaqları dirçəltmək, insanları artıq qaytarmaq, - onların bəziləri şəhərdə anadan olub, - lazımdır və belə də olacaq. Qələbə çaldınız və onu qoruyub saxladınız. İndi dirçəliş dövrüdür. Bu, zaman, böyük zəhmət tələb edir, beş və ola bilər ki, on il ərzində həmin işlər yerinə yetirilməlidir”, - A.Lukaşenko deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
191
12
ikisahil.az

10Mənbələr