AZ

“AFFA-nın qərarı hazırkı durum üçün idealdır” – Füzuli Məmmədov

“AFFA-nın qərarları bugünku durum üçün lazımı qərarlardır. Mən də hər kəs kimi Premyer Liqada komanda sayının artmasını istəyirdim. Ancaq buna hazır idikmi? İnfrastruktur, şərait və s kimi məsələlər barədə geniş düşünmək lazımdır”.

Bu sözləri İdmanxeber.az saytına “Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədov AFFA İcraiyyə Komitəsinin qərarlarına münasibət bildirərkən deyib. O, daha sonra belə davam edib:

“Bəli, Premyer Liqada komanda sayı artmalıdı. Ancaq bunun üçün hazırlaşmaq lazımdı. Əlimizdə 1 il kimi uzun müddət var. Növbəti mövsüm Premyer Liqaya gələn klub infrastrukturuna, stadiona diqqət etməlidir. Şərait yaxşı olmalıdır. AFFA-nın qərarı hazırkı durum üçün idealdır. Say xətrinə klub artırmamalıyıq. Hazır olandan sonra Premyer Liqada 12, 14 komanda da ola bilər. Əlbəttə, hamımız bunu istəyirik”.

Təcrübəli mütəxəssis “Qəbələ”nin elitadan getməsinə belə münasibət bildirib:

“Qəbələ”nin I Liqaya düşməsinə mən də çox üzülürəm. Belə deyim, tanıdığım, sevdiyim klublardan biridir. Ümid edirəm ki, “Qəbələ” I Liqada çempion olub, yenidən elitaya gələcək. Əsas məsələ buradakı infrastruktur dağıdılmamalı, qorunmalıdır. Mütləq dəstək verilməlidir. Qəbələki akademiyanı qorumaq lazımdır”.

Həsən Quluzadə

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
idmanxeber.az

1Mənbələr