AZ

LDU-da hərbi-vətənpərvərlik mövzusunda seminar keçirilib

Lənkəran Dövlət Universitetində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran Rayon Şöbəsi və LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kolleclə birgə maarifləndirici seminar keçirilib.
 
 
AzEdu.az xəbər verir ki, “Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi və zərərli vərdişlərin fəsadları” mövzusunda keçirilən seminarı LDU rektorunun müşaviri, prof. Mikayıl Məhərrəmov açıb.
 
 
Prof. M. Məhərrəmov ilk öncə universitetin rektoru, prof. Natiq İbrahimovun salamlarını seminar iştirakçılarına çatdırıb. Bildirib ki, dövlətin, millətin gələcəyi sağlam gənclikdən çox asılıdır, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi, zərərli vərdişlərin fəsadlarından qorunması günün ən aktual problemlərindəndir və bu istiqamətdə cəmiyyətin birgə fəaliyyəti çox vacibdir. M.Məhərrəmov keçirilən seminarı bu istiqamətdə atılan mühüm addım kimi dəyərləndirib.
 
 
Seminarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran Rayon Şöbəsinin rəisi polkovnik Elşən Abdullayev, Lənkəran Şəhər -Rayon Polis Şöbəsinin İctimai Təhlukəsizlik bölməsinin baş inspektoru, polis mayoru Fazil Bağırov, LDU-nun “Biologiya və ekologiya” kafedrasının müəllimi Elmar Abdullayev, Lənkəran Şəhər İcra Hakimiyyəti Aparatının Hüquq şöbəsinin müdiri Emin Quliyev, Vətən müharibəsi iştirakçısı, “Azərbaycan bayrağı” ordenli Sulduz Həbibov, universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin müəllimi Nuranə Əsgərova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran Rayon Şöbəsinin idarə rəisi, polkovnik-leytenant Füzuli İsmayılov mövzu ətrafında çıxış edərək təmsil olunduqları qurumların bu sahədəki fəaliyyətindən söz açıblar.
 
 
Tədbirin sonunda Lənkəran Dövlət Universiteti tələbələrinin ifasında narkomaniyanın doğurduğu acı fəsadlardan bəhs edən "Qurban" tamaşası nümayiş edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
azedu.az

1Mənbələr