AZ

Hövsanda mağazalardan oğurluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Paytaxtın Suraxanı rayonunda mağazalardan oğurluq etməkdə təqsirləndirilən Ayxan Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.

İş hakim Ünsüyyət Mirzəyevanın icraatına verilib. məhkəmənin hazırlıq iclası mayın 20-də keçiriləcək.

Qeyd edək ki, Ayxan Hacıyev Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Hövsan qəsəbəsi ərazisində 3 mağazadan ümumilikdə 2 min 500 manat dəyərində 2 ədəd mobil telefon, aksesuar, 1000 manat pul və 300 manat dəyərində ətir oğurlamaqda təqsirləndirilir. A.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
e-huquq.az

1Mənbələr