AZ

Ruspərəsət deputatların ovuna başlanıldı

Sağ populist “Almaniya üçün Alternativ” (“AfD”) partiyasının siyasətçisi, partiyanın Avropa seçkilərində ikinci yeri tutan siyasətçisi Petr Bıstronyanın üzərində axtarış aparılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.

Nəşrin məlumatına görə, Münhen prokurorluğu Bıstronyaya qarşı istintaqa başlayıb. Bununla əlaqədar, mayın 16-da səhər saatlarından Berlin və Bavariyada onunla əlaqəli binalarda, həmçinin Mayorkada və Bundestaqdakı ofisində axtarışlar aparılıb. Ümumilikdə 70-ə yaxın hüquq-mühafizə orqanı əməkdaşı axtarışda iştirak edir.

Siyasətçinin korrupsiya və çirkli pulların yuyulmasında şübhəli bilindiyi bildirilir.

Qeyd edək ki, ruspərəst olan deputat barədə Bundestaq qərar çıxarıb. İstintaqla razılaşan deputatlar səsvermə zamanı yalnız AfD-nin toxunulmazlığını ləğv edib.

Bütün bunlar isə deməyə əsas verir ki, Almaniyada ruspərəstlərə qarşı ciddi tədbirlər görülür.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
konkret.az

1Mənbələr