AZ

Diş çürüyü ürək xəstəliyə səbəb ola bilər

Türkiyəli professor Kadriye Merve Altıkat diş çürüməsinin ürək xəstəliklərini sürətləndirdiyini bildirib.

Yenisabah.az xəbər verir ki, pis ağız gigiyenası bakteriyaların asanlıqla çoxalmasına və müxtəlif sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər. 

M.Altıkat bu barədə deyib: “Ağız və diş sağlamlığına laqeyd yanaşma təkcə dişlərin tökülməsinə deyil, həm də ürək sağlamlığımıza mənfi təsir edir. Diş və diş əti xəstəlikləri ilə ürək xəstəlikləri arasında birbaşa əlaqə elmi şəkildə sübuta yetirilib.Diş çürüməsi xüsusilə anadangəlmə ürək xəstəliyi olan uşaq və böyüklərdə, ürək qapağı protezi olan xəstələrdə, ürək əməliyyatı keçirmiş və ya ürək çatışmazlığı olan insanlarda ciddi risk yaradır.”

Mütəxəssis ağız və diş sağlamlığına qulluq və müntəzəm diş həkimi müayinəsi ilə ürək xəstəliklərinin 70% azala biləcəyini bildirib.

O hər 2 aydan bir istifadə edilən diş fırçasını yeniləməyin, gündə bir dəfə diş ipi və ya dişarası fırça ilə dişlərin arasındakı boşluqları təmizləməyin vacibliyini vurğulayıb.

Şeyla Səmiyeva 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
yenisabah.az

1Mənbələr