AZ

Belarus və Azərbaycan sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır - Lukaşenko


Belarus və Azərbaycan sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə danışıqların yekunu üzrə jurnalistlərə açıqlamasında deyib.

“Biz bütün məsələləri müzakirə etdik, açıq qalan məsələlər yox idi. Buraya təkcə MAZ avadanlıqlarının deyil, həm də yanğınsöndürmə texnikasının birgə istehsalı daxildir. Üstəlik, buraya lift avadanlığının istehsalı (sovet evlərində köhnə liftlərin dəyişdirilməsinə ehtiyac var) daxildir. Biz bu istehsalı saxlamışıq və azərbaycanlı dostlarımızla burada bu avadanlığı istehsal etməyə hazırıq”, - o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
4
missiya.az

5Mənbələr