AZ

Poçettino “Çelsi”nin avrokuboklar uğrunda mübarizəsini şərh etdi

“Çelsi”nin baş məşqçisi, argentinalı mütəxəssis Maurisio Poçettino “zadəganlar”ın gələn mövsüm avrokuboklar uğrunda mübarizəsindən danıışıb.

Arena.az məlumat verir ki, Poçettino İngiltərə Premyer Liqasının 34-cü turunun “Brayton”la təxirə salınmış oyununda qazanılmış səfər qələbəsindən (2:1) sonra, İngiltərə çempionatının çətinliyini də vurğulayıb:

“Mən çox şadam. Üç xal sayəsində bu gün cədvəldə özümüzü çox yaxşı vəziyyətdə görürük ki, bu da bizə “Bornmut”la oyunda Avropa yarışlarında yer uğrunda mübarizə aparmağa imkan verir. Premyer Liqada rəqabət həmişə çox gərgindir, İngiltərə çempionatı isə dünyanın ən çətin liqasıdır”, – BBC “Poç”dan sitat gətirir.

İngiltərə Premyer Liqasında keçirdiyi 37 oyundan sonra “Çelsi” 60 xalla yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 5-ci pillədə qərarlaşmış “Tottenhem”in isə 63 xalı var. Müvafiq olaraq 7-ci və 8-ci pillədə qərarlaşmış “Nyukasl” və “Mançester Yunayted” isə “Çelsi”dən 3 xal geri qalırlar.

Göründüyü kimi, sonuncu, 38-ci tur gərgin mübarizə vəd edir. Hesabat turunda “zadəganlar”ı evdə “Bornmut”la oyun gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
arena.az

1Mənbələr