AZ

Ermənistanın KTMT-ni maliyyələşdirməyi dayandırması faciə deyil - Nazir müavini

Bakı. Trend:

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını(KTMT) maliyyələşdirməyi dayandırması faciə deyil.

Trend xəbərverir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müaviniAleksandr Pankin "Rusiya – İslam dünyası: KazanForum" XV Beynəlxalqİqtisadi Forum çərçivəsində deyib.

"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını(KTMT) maliyyələşdirməyi dayandırması faciə deyil. İrəvantəşkilatdan çıxmır", - o deyib.

Pankin təşkilatın fəaliyyətini davam etdirdiyini qeyd edib.

"KTMT-nin fəaliyyətində elə hallar olub ki, ölkələr özödənişlərini bir qədər gecikdirib, hissə-hissə ödəyiblər. Lakinhərbi-siyasi nöqteyi-nəzərdən Ermənistanın KTMT-yə münasibətdəgələcək kursunu həm onun lazımi səviyyədə təmsil etməli və bilməliolduğu milli maraqları, həm də ölkənin öz təhlükəsizliyini təminetmək imkanları ilə müəyyən ediləcək", - deyə o əlavə edib.

Xatırladaq ki, bu yaxınlarda Ermənistanın Xarici İşlər Nazirliyiölkənin KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində iştirakınıdayandırdığına dair məlumat yayıb.

"Ermənistan Respublikası "Kollektiv Təhlükəsizlik MüqaviləsiTəşkilatının büdcəsi haqqında" 23 noyabr 2023-cü ildə qəbul edilənqərarın tərəfi olmayacaq və sözü gedən qurumun fəaliyyətininmaliyyələşdirilməsində iştirak etməyəcək. Bununla belə, Ermənistanbu barədə qərarın məhdud tərkibdə qəbuluna etiraz etmir", -Ermənistan XİN-dən bildirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
az.trend.az

1Mənbələr