AZ

ABŞ Kubanı terrorizmə qarşı tam əməkdaşlıq etməyən ölkələr siyahısından çıxarıb

 

Dövlət Departamentinin rəsmisi çərşənbə günü bildirib ki, ABŞ Kubanı terrorizmlə mübarizədə "tam əməkdaşlıq etmədiyini" iddia etdiyi ölkələrin qısa siyahısından çıxarıb.

Ednews Reuters-ə istinadən xəbər verirki, rəsmi Kuba ilə ABŞ arasında hüquq-mühafizə orqanlarının əməkdaşlığının bərpasını əvvəlki təyinatın “artıq uyğun olmadığını” səbəblərdən biri kimi göstərib.

"Departament müəyyən edib ki, Kubanın "tam əməkdaşlıq etməyən ölkə" kimi sertifikatlaşdırılması şərtləri 2022-ci ildən 2023-cü ilə qədər dəyişib", - rəsmi bildirib. Qərar, indiyə qədər kommunistlərin idarə etdiyi ölkədə Tramp dövründən qalma məhdudiyyətləri qoruyub saxlayan Bayden administrasiyası adından simvolik əhəmiyyətli bir addımdır.

Vaşinqtonun Amerika Universitetinin professoru Uilyam LeoQrande Reuters agentliyinə deyib: "Bayden Administrasiyasının bu addımı Dövlət Departamentinin Kubanın terrorizmin dövlət sponsoru kimi təyin edilməsinə baxılması üçün bir müqəddimə ola bilər". 

Nahid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
ednews.net

1Mənbələr