AZ

8 kvadratmetrlik kamerada tək saxlanılır – Həbs olunan generalla bağlı AÇIQLAMA

Rusiya Müdafiə Nazirliyinin baş kadrlar idarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov Lefortovo istintaq təcridxanasının karantin kamerasına yerləşdirilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Moskvanın İctimai Nəzarət Komissiyasının məsul katibi Aleksey Melnikov məlumat verib.

Onun sözlərinə görə, külli miqdarda rüşvət almaqda ittiham olunan məmur Moskvanın İctimai Nəzarət Komissiyasının üzvləri ilə ünsiyyətdən imtina edib.

Melnikov deyib ki, karantinin başa çatması on günə qədər çəkə bilər. Hazırda  məmur sahəsi 8-12 kvadratmetr olan kamerada tək saxlanılır. Orada televizor, soyuducu, çaydan və ya qazan var. Bu müddət ərzində general bir sıra tibbi müayinələrdən və testlərdən keçməli, psixoloqla əlaqə saxlamalıdır. Bundan sonra o, karantindən çıxarılacaq və onun kamera yoldaşı olacaq.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsi mayın 14-də Kuznetsovun həbs olunduğu barədə məlumat yayıb. İstintaqın məlumatına görə, məmur külli miqdarda rüşvəti Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının səkkizinci idarəsinin rəisi vəzifəsində çalışarkən alıb.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
konkret.az

1Mənbələr