AZ

Ermənilər Azərbaycana qaytarılan kənddə yolu kəsdilər

Kirants (Xeyrimli-red.) kəndinin sakinləri Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun kənddən keçən hissəsini yenidən bağlayıblar.

Bakupost.az xəbər verir ki, bu barədə "Novosti Armeniya" bildirib.

Qeyd olunur ki, onlar dünən açıqlanan demarkasiyanın nəticələrinə etiraz edirlər. Yolu bağlayan kənd sakinləri arasında 96 yaşlı Lena adlı qarı da var.

Qeyd edək ki, bundan əvvəl kənd sakinləri Kiarants administrasiyasının binasına toplaşaraq gələcək fəaliyyətlərini müzakirə ediblər.

"Novosti Armeniya" qeyd edir ki, baş nazir Nikol Paşinyanın bu gün “böyük nailiyyət” adlandırdığı Azərbaycanla razılaşmaya əsasən, Kirants (Xeyrimli) kəndinin və Ermənistan-Gürcüstan yolunun bir hissəsi Azərbaycabna qaytarılacaq.

Zaur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
1
bakupost.az

2Mənbələr