AZ

Yeni Kaledoniyada etiraz aksiyalarının 200 iştirakçısı saxlanılıb

Yeni

Bakı, 16 may, AZƏRTAC

Yeni Kaledoniya adasında baş verən iğtişaşların yüzlərlə iştirakçısı həbs edilib.

AZƏRTAC “The Guardian” saytına istinadla xəbər verir ki, ali komissar Lui Le Frank keçirdiyi mətbuat konfransında iğtişaşlar zamanı 200 nəfərin həbs edildiyini, 64 jandarm və polisin yaralandığını bildirib. O, jandarm qüvvələrinin adada təxminən 5 min, paytaxt Noumeada isə 3-4 min etirazçı ilə qarşılaşdığını söyləyib.

Xatırladaq ki, etirazların üçüncü gecəsində dörd nəfərin öldürülməsinə, avtomobillərin yandırılmasına və talançılıq hallarına cavab olaraq Fransa Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edib. Ərazidə TikTok platformasına giriş məhdudlaşdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
azertag.az

2Mənbələr